Modern.az

Gülər Əhmədovanın oğlu onları hədələdi - “Gələcəm hamınızı...”

Gülər Əhmədovanın oğlu onları hədələdi - “Gələcəm hamınızı...”

Ölkə

27 Mart 2013, 10:10

Milli Məclisin sabiq deputatı, hazırda həbsdə olan Gülər Əhmədovanın böyük oğlu Toğrul Əhmədov anası ilə bağlı söz-söhbətlərdən qəzəblənərək, bəzi şəxsləri hədələyib.
Modern.az-ın məlumatına görə, Yevlax şəhərində yerləşən “N” saylı hərbi hissədə əsgəri xidmətdə olan Toğrul Əhmədov özünün Facebook sosial şəbəkəsindəki profilində “Gələcəm hamınızı...” deyə yazaraq, kimlərəsə mesaj yollayıb.

Statusun kimə və nə məqsədlə ünvanlandığı açıq-aşkar qeyd olunmasa da, Toğrul Əhmədovun anası ilə bağlı məlum olaylardan ciddi şəkildə təsirləndiyi sezilir.

T.Əhmədov sözügedən statusu hərbi hospitala yerləşdirilməzdən öncə yazıb. Eks-deputatın oğlunun kimləri hədəfə alması maraq doğurur.

Qeyd edək ki, eks-millət vəkili Gülər Əhmədovanın oğlu Toğrul Əhmədov bir neçə gün öncə xidmət etdiyi “N” saylı hərbi hissədə ağır xəsarət alaraq, Dövlət Sərhəd Xidmətinin Bakıdakı hospitalına gətirilib.
Atası Fikrət Əhmədov oğlunun hərbi hissədə digər əsgərlər tərəfindən döyüldüyünü bildirsə də,  rəsmi açıqlamada qeyd edilir ki, Toğrul Əhmədov əsgərlərlə qol güləşinə çıxarkən qolunu sındırıb.

Xatırladaq ki, Toğrul Əhmədov həbri xidmətdən öncə Maliyyə Nazirliyindən çalışıb.

A.RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı