Modern.az

Bakıdan göndərilən 200 çadır zəlzələ bölgəsinə çatdırıldı - FOTOLAR

Bakıdan göndərilən 200 çadır zəlzələ bölgəsinə çatdırıldı - FOTOLAR

Ölkə

10 Fevral 2023, 14:50

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarə ilə yola saldığı növbəti humanitar yardım Türkiyəyə çatıb.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Qeyd olunub ki, humanitar yardımı aparan təyyarə artıq Adana hava limanına enib. 200 ədəd çadır və 183 ədəd qızdırıcıdan ibarət humanitar yardım aidiyyəti üzrə təhvil verilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var