Bir neçə gün öncə səhhətinin pisləşdiyi barədə xəbər verilən hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri, Azərbaycanın Belorusdakı keçmiş səfiri Əli Nağıyev Bakıdadır.
Modern.az saytının məlumatına görə, Əli Nağıyev iyunun 1-də Təzəpir məscidində Mərkəzi Seçki Komissiyasının sabiq sədri Cəfər Vəliyevin vəfatının ildönümü mərasimində iştirak edib.
Həmin vaxt Təzəpir məscidindəki digər yas mərasimində iştirak edən Modern.az əməkdaşları Ə.Nağıyevi görərkən, ona yaxınlaşaraq, sabiq nazirin əhval-ruhiyyəsini soruşublar. Gümrah görünən eks-nazir səhhətinin qaydasında olduğunu söyləyib.