Modern.az

Rövnəq Abdullayev Dövlət Neft Şirkətində işçilərin sayını AZALDIB

Rövnəq Abdullayev Dövlət Neft Şirkətində işçilərin sayını AZALDIB

Ölkə

6 İyul 2013, 16:19


Son illər aparılan struktur dəyişiklikləri nəticəsində Dövlət Neft Şirkətində (ARDNŞ) işçilərin sayı azalıb. Modern.az saytına bu barədə ARDNŞ-nin mətbuat xidmətindən bildirilib.                   
Qeyd edilib ki, son illər ARDNŞ-də bir çox struktur dəyişiklikləri aparılıb, karyeranın idarə edilməsi, şirkətin idarə və müəssisələrinin, eyni zamanda işçlərin inkişafına xidmət edən tədbirlər həyata keçirilib. Bütün bunların, eyni zamanda təbii səbəblər (pensiya, kadr axımı, vəfat və s.) nəticəsində işçilərin faktiki sayında azalma dinamikası müşahidə olunub.
Belə ki, 01.01.1993-cü il tarixə ARDNŞ-də 79034 nəfər işləyrdisə, 01.01.2013-cü il tarixə işçilərin faktiki sayı 66234 nəfər təşkil edib. Bundan başqa, müxtəlif vaxtlarda müəssisələrin özəlləşdirilməsi, birgə müəssisələrin və Əməliyyat Şirkətlərinin yaradılması da ARDNŞ-də çalışan işçilərin sayının azalmasına səbəb olub. 2
009-cu il yanvarın 1-ə olan məlumata görə, ARDNŞ-də çalışanların sayı 65083 nəfər olub. 2009-cu ildə ARDNŞ-nin strukturuna 12610 nəfərlik “Azəriqaz” Səhmdar Cəmiyyəti, 2010-cu ildə isə 6134 nəfərlik “Azərikimya” şirkəti daxil edilib, beləliklə də, Şirkətin ümumi işçilərinin sayı nəzərəçarpacaq dərəcədə artıb, təxminən 84000 nəfərə çatıb.
2011-2012-ci illərdə isə ARDNŞ-də işçilərin optimallaşdırılması ilə bağlı keçirilən tədbirlər nəticəsində, mənzil-kommunal, məktəbəqədər müəsisələr, mədəniyyət sarayları, səhiyyə və digər sosial obyektlər müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanların və qurumların balansına verilib, bununla da ARDNŞ üzrə işçilərin faktiki sayı 01.01.2013-cü il tarixə 66234 nəfərə enib.

İşçilərin sayının azalması ARDNŞ-nin ən iri struktur vahidlərinə özünü əyani şəkildə biruzə verib:

“Azneft” İstehsalat Birliyi üzrə 20732 nəfərdən 16145 nəfərə;
Kompleks Qazma İşləri Tresti üzrə 6360 nəfərdən 3914 nəfərə;
Sosial İnkişaf İdarəsi üzrə 7838 nəfərdən 1189 nəfərə;
Təhlükəsizlik İdarəsi üzrə 4250 nəfərdən 3800 nəfərə enib.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı