Modern.az

Azərbaycanlı politoloqdan Ərdoğana həyəcanlı ÇAĞIRIŞ: “Səni devirəcəklər!”

Azərbaycanlı politoloqdan Ərdoğana həyəcanlı ÇAĞIRIŞ: “Səni devirəcəklər!”

Ölkə

10 İyul 2013, 16:38

Misir qiyamının pərdəarxası -  hədəfdə Ərdoğandır


Misirdə baş verən xalq üsyanı, prezident Məhəmməd Mursinin gözlənilmədən “taxtdan” devrilməsi müsəlman ölkələrini təşvişə saldı. Xüsusən də Türkiyəni. Türkiyədə Ərdoğan hakimiyyətinə qarşı keçirilən “Gəzi parkı” olayları sakitləşən ərəfədə də, gözlənilmədən Misir xalqı ayağa qalxdı. Hakimiyyətə inqilabla gələn Mursi özü də gözləmədən Hüsnü Mübarəkin taleyini yaşadı. Misirdə baş verən hadisələr Türkiyədə ciddi narazılıqla qarşılandı. Mursinin devrilməsi xəbərini eşidən Ərdoğan məzuniyyətini yarımçıq qoyaraq ölkəsinə qayıtdı.

Siyasi şərhçilər Misir inqilabının davamı olaraq də Ərdoğan hakimiyyətinin devriləcəyini iddia edirlər.

Politoloq Qabil Hüseynli prosesləri Modern.az-a şərh edib. Bildirib ki, Misirdən sonra Türkiyədə dövlət çevrilişi gözlənilir. Qərb Ərdoğanı devirmək istəyir.

“Ərdoğan Mursini müdafiə etmək üçün beynəlxalq təşkilarlara müraciət edir, hay-küy salır. Misirdə baş verənlər liberal-demokratik proseslər idi. Bu daha çox ölkədə şəriət qanunlarının tətbiq edilməsinə yönəlmiş proseslər idi. Paralel proseslər Türkiyədə də davam edir. Ərdoğan da Türkiyənin Mursisidir. Türkiyə Misirdə baş verən xalq üsyanını Amerikanın və Qərbin müəyyən dairələrinin təşkil etdiyini iddia edir. Ərdoğan hakimiyyəti Mursinin devrilməsini qəbul edə bilmir. Çox təəssüflənirlər. Misirdə baş verənləri həbi çevriliş adlandırırlar. Bununla da Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı müzakirələrə son qoyuldu”-deyə politoloq qeyd edib.

Q.Hüseynlinin sözlərinə görə, Qərb gücləri Ərdoğandan razı deyil, bu baxımdan Türkiyə Misirin aqibətini yaşaya bilər:

“Hansı ölkədəki hakimiyyət öz gücünü İslami dəyərlər üzərinə qurur, o yerlərdə xarici qüvvələr proseslərə müdaxilə edirlər. Qərb Türkiyənin siyasi istiqamətindən məmnun deyil. Mursinin devrilməsi Ərdoğana çox ciddi mesajdır. Mursinin devrilməsi bütün müsəlman, Şərq ölkələrinə xəbərdarlıqdır. Misirdə baş verən çevrilişin Türkiyəyə də təkrralanacağı istisna deyil. Türkiyəni də belə təhlükə gözləyir…”.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı