Modern.az

Rayonlarda leysan yağış yağıb - FAKTİKİ HAVA

Rayonlarda leysan yağış yağıb - FAKTİKİ HAVA

Ölkə

19 Oktyabr 2023, 09:48

Oktyabrın 19-u saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, şimşək çaxıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Düşən yağıntının miqdarı Lənkəranda 10 mm, Lerikdə 9 mm, Ordubadda 7 mm, Neftçalada 5 mm, Astara, Şahbuz, Qax, Biləsuvar, Yardımlı, Quba, Şəki, Sədərək, Naxçıvan, Şərur, Culfa, Gədəbəy, Ağdam, Göygöl, Oğuz, Naftalan, Gəncə, Ceyrançöl, Balakən, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Daşkəsən, Göytəpə, Bərdə, Qəbələ, Zaqatala, Göyçay, İsmayıllı, Zərdab, İmişli, Sabirabad, Cəfərxanda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

 

Göyçay, Göygöl, Daşkəsən, Naftalan, Gəncə, Şəmkir, Balakən, Zaqatala, Oğuz, Şəki, Qax, Şamaxı, Qusar, Xaltan, Şərur, Gədəbəy, Lerikdə duman müşahidə olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi