Modern.az

Erməni diversanta hökm oxundu - 18 il həbs

Erməni diversanta hökm oxundu - 18 il həbs

Ölkə

7 Dekabr 2023, 16:10

Kəlbəcərdə saxlanılan erməni diversant Voskanyan Qaqik Aşotoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətə azadlıqdan məhrum edilib.

 

O, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

 

Qeyd edək ki, prokuror təqsirləndirlilən şəxs Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?