
Hazırda Azərbaycanda 2 milyona yaxın ailə var. Bunu Modern.az saytına açıqlamasında Ailə, Qadın və Uşaq Dövlət Komitəsinin informasiya və analitik şöbəsinin müdir müavini Aydın Rəcəbli bildirib.
A. Rəcəbli qeyd edib ki, 15 may Beynəlxalq Ailə Günü ilə əlaqədar Ailə, Qadın və Uşaq Dövlət Komitəsi bütün bölgələrdən nümunəvi ailələri müəyyən edib. “Nümunəvi ailə dedikdə, ailənin nəaliyyətləri, əl işlər, uğurları və. s nəzərə alınır. Artıq onlar seçilib və onlara komitəmiz tərəfindən mükafatlar verilir. Hədiyyələr məişət əşyalarından ibarət olacaq. Bununla yanaşı onlara fəxri diplomlar da verilir.”
Gülşən Raufqızı