Xalq rəssamı Cahangir Rüstəmovun oğlu Elşad Rüstəmov Bakının Yasamal rayonunda yaşadığı mənzildə ölü tapılıb.
Modern.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Elşad Rüstəmovun meyiti noyabrın 19-da saat 12 radələrində İnşaatçılar prospektində yerləşən mənzilində aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri müəyyən edilməyib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.