Modern.az

Azərbaycanın bütün səfirləri Bakıya ÇAĞIRILIB - EKSKLÜZİV

Azərbaycanın bütün səfirləri Bakıya ÇAĞIRILIB - EKSKLÜZİV

Ölkə

3 İyul 2014, 14:05

Yaxın günlərdə prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdəki səfirləri ilə geniş toplantısı keçirləcək. Bu barədə diplomatik mənbələrdən Modern.az saytına məlumat verilib. Məlumata görə, diplomatik korpusun toplantısında Azərbaycan üçün mühüm olan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq və müvafiq tapşırıqlar veriləcək.

Qeyd edək ki, Azərbaycan dövlət başçısının ötən illərdə diplomatlarımızla bir neçə dəfə belə görüşləri olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə