Modern.az

Yaxın Şərqdə baş verən hadisələr hər kəsə təsir edir

Yaxın Şərqdə baş verən hadisələr hər kəsə təsir edir

Ölkə

19 May 2026, 09:06

Yaxın Şərqdə baş verən hadisələr müəyyən dərəcədə hər kəsə təsir edir.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bildirib.

Bəzilərinin yüksək neft qiymətlərinin faydalı ola biləcəyini düşünə bildiyini söyləyən dövlətimizin başçısı qeyd edib: “Bəli, elədir. Ancaq eyni zamanda, neft ehtiyatları ilə zəngin olan ölkələrin bir çoxu öz vəsaitlərini istiqrazlara yatırır, bir çoxu isə səhm bazarlarına investisiya edir. Belə qeyri-sabitlik baş verdiyi vaxt fond bazarları aşağı düşür. Nəticədə biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir”.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var