Modern.az

“Əli Əhmədov, Rəsul Quliyev, Novruz Məmmədov, Məmməd Araz AMİP-in üzvləri olublar” - AMİP Mərkəzi Şurasının üzvündən AÇIQLAMA

“Əli Əhmədov, Rəsul Quliyev, Novruz Məmmədov, Məmməd Araz AMİP-in üzvləri olublar” - AMİP Mərkəzi Şurasının üzvündən AÇIQLAMA

Ölkə

2 Oktyabr 2014, 17:04

Modern.az saytının “Siyasi partiyalara gəlib-getmiş tanınmışlar” adlı rubrikasının ilk araşdırma yazısı siyasi prosesləri izləyən oxucular tərəfindən maraqla qarşılanıb.
AMİPgəlib-getmiş tanınmışlaronlar Etibar Məmmədovu niyə tərk etdilər?”  başlıqlı ilk araşdırmaya reaksiyalar gəlməkdə davam edir.
Bu araşdırmada müstəqil Azərbaycanda ilk qeydiyyatdan keçmiş siyasi təşkilatın - Milli İstiqlal Partiyasının üzvləri olmuş tanınmış simalardan, tarixindən söz açılıb.

1992 il iyulun 3-4-də təsis edilən AMİP həmin il iyulun 17-də Ədliyyə Nazirliyindən ilk rəsmi qeydiyyatdan keçən partiyadır. AMİP eyni zamanda siyasi hakimiyyət uğrunda mübarizə apardığını elan edən ilk siyasi təşkilatdır.

Vaxtilə Etibar Məmmədov AMİP-ə sədrlik edəndə adı çəkilən siyasi təşkilatın onlarla məşhur üzvləri olub ki, onlar 1993-cü ildə Heydər Əliyev iqtidara gələndən sonra bu siyasi qurumu tədricən tərk ediblər. Bəziləri sonralar hakim Yeni Azərbaycan Partiyasına keçməklə iqtidarda vəzifəyə təyinat aldılar. Onlardan bu gün də yüksək postlar tutanlar var.

Modern.az-ın AMİP-lə bağlı bu araşdırmasından sonra saytımıza müraciət edən xeyli oxucu YAP-ın sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədovun və Milli Məclisin eks-spikeri Rəsul Quliyevin də vaxtilə AMİP üzvü olduğunu bildirərərk, onların da adlarını yazıya əlavə etməyi istəmişdilərlər.

Əməkdaşımız bu məlumatı dəqiqləşdirmək üçün öncə AMİP-in sabiq baş katibi Elşad Musayevlə əlaqə saxlamış və ondan belə bir cavab almışdı ki, Əli Əhmədovla Rəsul Quliyev AMİP-çi olmayıblar.

Amma bu gün Modern.az saytı ilə əlaqə saxlayan AMİP Mərkəzi Şurasının üzvü, partiyanın ilk vaxtlarından indiyədək onun sıralarında addımlayan Əli Orucov sabiq baş katibin yanıldığını vurğulayıb. Ə.Orucov deyib ki, AMİP-də sənədlərlə işləyən şəxs olaraq tanınmış simalardan vaxtilə kimlərin partiya üzvü olduğunu, bu quruma gəlib-getdiyini daha dəqiq söyləyə bilər.

“Mən AMİP-in arxiv sənədləri əsasında deyirəm ki, həm Əli Əhmədov, həm də Rəsul Quliyev 1992-ci ildə partiyamızın sıravi üzvü olublar. Onlar sonradan vəzifəyə gedəndə AMİP-dən çıxıblar”.

Əli Orucov vaxtilə AMİP-in üzvü olmuş daha bir neçə məşhur simanın adını açıqlayıb:

“Hazırda Prezident Administrasiyasında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da sabiq AMİP-çidir. Bir maraqlı faktı da qeyd edim ki, Novruz Məmmədov sonralar vəzifəyə gedəndə heç AMİP-dən çıxmaq barədə ərizə də yazmayıb.
Eyni zamanda yəqin çoxları bunu bilmir, xalq şairi Məmməd Araz da rəhmətə gedənə qədər AMİP-in üzvü olub. Bundan başqa, mərhum yazıçı İsi Məlikzadə də AMİP-də təmsil olunub”.

Ə.Orucovun sözlərinə görə, 1992-93-cü illərdə AMİP siyasi kadrlar yetişdirən akademiya rolunu oynayıb. O, hazırda ayrı-ayrı müxalifət partiyasında təmsil olunanlar xeyli tanınmış sabiq AMİP-çinin olduğunu qeyd edib.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı