Modern.az

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq

Sabah Lənkəranın bəzi ərazilərində qaz olmayacaq

Ölkə

Bu gün, 21:04

Sabah Lənkəran rayonunun bəzi qəsəbə və kəndlərində təbii qazın verilişi dayandırılacaq.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Lənkəran rayonunun Nərimanabad və Balıqçılar qəsəbələrinin, Üzümçülük kəndinin, həmçinin Liman şəhərinin M.Ə.Rəsulzadə və 28 May küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!