Modern.az

Geri çağırılan səfir kimdir? - DOSYE

Geri çağırılan səfir kimdir? - DOSYE

Ölkə

Bu gün, 15:28

Prezident İlham Əliyev Hüseyn Rzaqulu oğlu Quliyevin Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Səfir vəzifəsindən geri çağırlan Hüseyn Quliyev kimdir?

Modern.az saytı onun tərcümeyi-halını təqdim edir:

Hüseyn Rzaqulu oğlu Quliyev 23 iyun 1946-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində doğulub.

1953-1965-ci illərdə Naxçıvan şəhərindəki 3 saylı orta məktəbdə təhsil alıb.

1965-1970-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda mühəndis-texnoloq ixtisasına yiyələnib.

1970-1991-ci illərdə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub.
1978-1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşavir, 1984-1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşavir işləyib.

1991-1995-ci illərdə Moskvada Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olub.

1995-1997-ci illərdə “İDİL” Türk inşaat şirkətinin Rusiya nümayəndəliyində nümayəndə işləyib.

1997-2007-ci illərdə Rusiyanın “Trans-nafta” şirkətində vitse-prezident olub.

2007-2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyidə şöbə müdiri, 2009-2012-ci illərdə idarə rəisi olub.

2012-ci ildə Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.

80 yaşlı H.Quliyev fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsinə malikdir. 2-ci dərəcəli “Vətənə xidmətə görə”, 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenlərilə təltif edilib.

Evlidir, iki uşağı və üç nəvəsi var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada TƏŞVİŞ BAŞLADI - Ukrayna hər yeri bombalayır!