Modern.az

Bakıda BMW-nin vurduğu işıq dirəyi digər avtomobilin salonuna düşdü

Bakıda BMW-nin vurduğu işıq dirəyi digər avtomobilin salonuna düşdü

Ölkə

Bu gün, 13:06

Bakının Nərimanov rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Modern.az xəbər verir ki, sosal şəbəkələrdə yayılan məlumata görə,hadisə bu gün səhər saat 07:50 radələrində Ziya Bünyadov prospektində, Dərnəgül yolu istiqamətində qeydə alınıb.

İlkin məlumata görə, 50-BY-678 dövlət nömrə nişanlı BMW markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil körpünün üzərində yolun ortasında yerləşən işıqlandırma dirəyinə çırpılıb.

Güclü zərbə nəticəsində dirək aşıb və əks istiqamətdə hərəkətdə olan "Daewoo Gentra" markalı avtomobilin üzərinə düşüb. Dirək avtomobilin ön şüşəsini sındıraraq salona daxil olub.

Hadisə nəticəsində "Daewoo Gentra"nın sürücüsü ağır xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada