Modern.az

Mahir Süleymanlı Zimbabvedən gələn nümayəndə heyətini qəbul edib

Mahir Süleymanlı Zimbabvedən gələn nümayəndə heyətini qəbul edib

Ölkə

Bu gün, 19:22

İyulun 6-da Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mahir Süleymanlı və işçi qrupunun üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Modern.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Zimbabve arasında dostluq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub. Mahir Süleymanlı parlamentlərarası əlaqələrin daha da möhkəmləndirilməsinin, qarşılıqlı səfərlərin və parlament diplomatiyasının iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib.

Söhbət zamanı parlamentin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi, onlayn kommunikasiyanın inkişaf etdirilməsi, turizm, yaşıl enerji və süni intellekt sahələrində əməkdaşlıq imkanları, eləcə də beynəlxalq platformalarda qarşılıqlı dəstək məsələləri müzakirə olunub.

Görüşdə Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Zaur Şükürov çıxış edərək iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı və əməkdaşlığın genişləndirilməsi barədə fikirlərini bölüşüb.

Görüşdə Milli Məclisin Zimbabve ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Ülviyyə Ağayeva, Mircəlil Qasımlı, İlham Məmmədov, Məzahir Əfəndiyev, Zimbabve Respublikası Milli Assambleyasının üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV