Modern.az

Bəzi ərazilərdə su kəsiləcək 

Bəzi ərazilərdə su kəsiləcək 

Ölkə

Bu gün, 18:20

Naxçıvanın bəzi ərazilərində 10 iyul saat 00:00-dan etibarən içməli suyun verilişində gün ərzində müvəqqəti fasilə yaranacaq.

Modern.az xəbər verir ki, buna səbəb diametri 355 mm olan magistral su xəttində baş verən qəzanın aradan qaldırılmasıdır.

Fasilə Z.Əliyeva, Ə.Qəmküsar, 10 və 11-ci küçələr, Atabəylər, Babək, Əlincə, Azərbaycan yaşayış massivləri, həmçinin 6, 54, 56, 58, 60 və 61-ci məhəllələr, eləcə də Hacıniyyət, Qaraçuq, Qaraxanbəyli və Bulqan kəndlərini əhatə edəcək.

Qəza-bərpa işləri başa çatdırıldıqdan sonra ərazilərin su təchizatı əvvəlki rejimdə bərpa olunacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV