Modern.az

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Sabah bəzi ərazilərdə işıq olmayacaq

Ölkə

7 İyul 2026, 23:55

İyulun 8-də Biləsuvar və Cəlilabadın bəzi ərazilərində işıq olmayacaq.

Modern.az-ın məlumatına görə, Biləsuvar Elektrik Şəbəkəsi (EŞ) ərazisində 110/35/10/6 kV-luq "Səmədabad" yarımstansiyasından çıxan 35 kV-luq "Səmədabad" hava xəttində təmir işləri görüləcək.

Buna görə də sabah saat 10:00-dan 12:00-dək Arazbarı, Nərimankənd və Səmədabad kəndləri gərginliksiz qalacaq.

Həmçinin Cəlilabad EŞ ərazisində yerləşən 110/35/10 kV-luq "Cəlilabad" yarımstansiyasından çıxan 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar saat 13:00-dan 15:00-dək Biləsuvarın Amankənd, Cəlilabadın Günəşli, Sabirabad, Alar kəndlərinə elektrik verilişində məhdudiyyət yaranacaq.

Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilər elektrik enerjisi ilə təmin olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi