Modern.az

Konstitusiya Məhkəməsindən cinayət işləri ilə bağlı mühüm qərar

Konstitusiya Məhkəməsindən cinayət işləri ilə bağlı mühüm qərar

Ölkə

Bu gün, 11:01

Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Prokurorluğunun sorğusu əsasında cinayət prosesində məhkəmə nəzarəti qaydasında verilən şikayətlərlə bağlı hüquqi mövqeyini açıqlayıb.

Modern.az xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən Plenum iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında Konstitusiyanın 60-cı və 71-ci maddələri baxımından Cinayət-Prosessual Məcəlləsinin 122.2.3 və 449.3-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb.

Plenum iş üzrə məruzəni, maraqlı tərəflərin və aidiyyəti dövlət qurumlarının rəylərini, həmçinin ekspert rəyini araşdıraraq qərar qəbul edib.

Qərara əsasən, Cinayət-Prosessual Məcəlləsinin 449.2-ci maddəsində göstərilən şəxslər cinayət prosesini həyata keçirən orqanların onların konstitusion hüquq və azadlıqlarına zərər yetirə bilən və ya məhkəməyə çıxış hüququnu məhdudlaşdıran qərar və hərəkətlərindən (hərəkətsizliklərindən) məhkəmə nəzarəti qaydasında şikayət verə bilərlər.

Konstitusiya Məhkəməsi vurğulayıb ki, belə şikayətlərə baxılarkən yalnız qərarın və ya hərəkətin adı və formal əlamətləri deyil, onun hüquqi mahiyyəti və doğurduğu hüquqi nəticələr də nəzərə alınmalıdır.

Eyni zamanda bildirilib ki, qanunvericiliyə əsasən cinayət işinə mahiyyəti üzrə baxan məhkəmənin müstəsna səlahiyyətlərinə aid olan qərar və prosessual hərəkətlərdən məhkəmə nəzarəti qaydasında şikayət verilməsi mümkün deyil.

Qərar dərc edildiyi gündən qüvvəyə minir və qəti hesab olunur. Sənəd heç bir dövlət orqanı və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi şəkildə şərh oluna bilməz.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV