Modern.az

Azərbaycanda ilk dəfə "Mədəniyyət hüququ" üzrə magistr dissertasiyaları müdafiə olunub

Azərbaycanda ilk dəfə "Mədəniyyət hüququ" üzrə magistr dissertasiyaları müdafiə olunub

Ölkə

Bu gün, 16:23

Azərbaycanda ilk dəfə "Mədəniyyət hüququ" magistr ixtisaslaşması üzrə dissertasiya müdafiələri keçirilib.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşəbbüsü ilə yaradılan ixtisaslaşma üzrə ilk magistr dissertasiyalarının müdafiəsi Azərbaycan Milli Kitabxanasında baş tutub.

Magistr dissertasiyalarının müdafiəsi üzrə İxtisaslaşma Şurasının sədri, mədəniyyət naziri, hüquq üzrə fəlsəfə doktoru Adil Kərimli çıxış edərək bildirib ki, bu hadisə ölkədə mədəniyyət hüququ elminin inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, mədəni irsin qorunması, mədəni sərvətlərin hüquqi müdafiəsi, işğaldan azad edilmiş ərazilərdəki mədəni irs nümunələrinin bərpası və beynəlxalq hüquq müstəvisində qorunması sahəsində peşəkar mütəxəssislərə artan tələbat nəzərə alınaraq, Bakı Dövlət Universitetində 2024/2025-ci tədris ilindən etibarən magistratura səviyyəsində "Mədəniyyət hüququ" ixtisaslaşması təsis edilib.

Qeyd olunub ki, tədris proqramı Bakı Dövlət Universitetinin Hüquq fakültəsi ilə Mədəniyyət Nazirliyi arasında əməkdaşlıq çərçivəsində hazırlanıb. Hazırda bu ixtisaslaşma üzrə təhsil alan magistrantlar mədəniyyət hüququnun müxtəlif istiqamətlərini əhatə edən elmi tədqiqatlarını uğurla müdafiə edirlər.

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev isə bildirib ki, "Mədəniyyət hüququ" ixtisaslaşmasının yaradılması universitetlə Mədəniyyət Nazirliyi arasında səmərəli əməkdaşlığın uğurlu nəticəsidir. Onun sözlərinə görə, proqram hüquq və mədəniyyət sahələrinin kəsişməsində peşəkar mütəxəssislərin hazırlanmasına, ölkədə elmi-tədqiqat potensialının gücləndirilməsinə və milli mədəni irsin hüquqi müdafiəsinin təkmilləşdirilməsinə mühüm töhfə verəcək.

Müdafiə edilən dissertasiya işlərində mədəniyyət sahəsində idarəetmənin hüquqi əsasları, beynəlxalq hüquqi əməkdaşlıq, mədəni irsin milli və beynəlxalq hüquqi mühafizəsi, mədəni hüquqlar, eləcə də mədəniyyət hüququnun formalaşması və müasir inkişaf tendensiyaları kimi aktual mövzular araşdırılıb.

Bildirilib ki, "Mədəniyyət hüququ" ixtisaslaşmasının yaradılması ölkədə mədəni irsin qorunması sahəsində peşəkar hüquqşünas kadrların hazırlanmasına, hüquqi tənzimləmənin elmi əsaslarının gücləndirilməsinə və beynəlxalq təcrübəyə uyğun müasir yanaşmaların tətbiqinə mühüm töhfə verəcək.

1533242

1533244

1533245

1533243

1533249

1533248

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrana dəhşətli zərbələr - Türkiyədə nələr razılaşdırılır?