Modern.az

Sabah daha kəskin isti olacaq - PROQNOZ

Sabah daha kəskin isti olacaq - PROQNOZ

Ölkə

Bu gün, 12:28

Milli Hidrometeorologiya Xidməti sabahın hava proqnozunu açıqlayıb.

Modern.az xəbər verir ki, qurumun məlumatına görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu, nisbi rütubət isə gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 32-37° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25°, bəzi yerlərdə 28-30° isti olacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır