Modern.az

Deputat məmur-vətəndaş qarşıdurmasından DANIŞDI: “Dözümsüzlük vəzifə sahibini hörmətdən salır”

Deputat məmur-vətəndaş qarşıdurmasından DANIŞDI: “Dözümsüzlük vəzifə sahibini hörmətdən salır”

Ölkə

13 Dekabr 2014, 15:15

Lakin bu gün Azərbaycan cəmiyyətində nüfuz sahibi olan, sanballı vəzifə tutan  bəziləri nəinki hörmət-izzəti itirə bilməkdən çəkinir, hətta buna əhəmiyyət  vermədən belə, öz yollarında irəliləyirlər. Amma toplumun da səbr kasası var və o bir gün daşa bilər. Elə bir neçə gün öncə Gənəcənin Nizami rayonunda baş verən hadisə kimi...

Gəncənin Nizami rayonu İcra Hakimiyyətinin əməkdaşları sənədsiz tikililəri sökərkən, onların sahibləri olan kəlbəcərli köçkünlər buna etiraz etmişdilər. Amma məmurların “hərəkəri” sayəsində bu işi o yerə gəlib çıxdı ki, səbr kasası daşan kəlbəcərlilər polis əməkdaşlarına və Nizami rayonu İcra Hakimiyyətinin başçısına, onun müavininə xəsarət yetirməyə məcbur edildilər.

Qanunla vətəndaşların polis əməkdaşları və məmurlara qarşı zorakı hərəkəti yolverilməzdir və bununla əlaqədar onlar barəsində cinayət işinin açılmasına normal yanaşmaq olar.

Amma maraqlıdır, bəs digər tərəf – nüfuz sahibi hesab olunan məmurlar da məsuliyyətə cəlb olunacaqmı? Bu hadisə icra nümayəndəsi kimi onların hörmətini aşağı salmayacaq ki?.. Görəsən bütün medianın barəsində “döyüldü” deyə yazdığı icra başçısı vətəndaşların qarşısına əvvəlki nüfuzuyla çıxa biləcəkmi?

Yeri gəlmişkən, bu, ilk məmur-vətəndaş qarşıdurması deyil. Son illərdə müxtəlif bölgələrdə (İsmayıllı, Quba) dəfərlərlə belə hadisənin şahidi olmuşuq- vətəndaş və vəzifə sahibinin qarşıdurması... Amma həmişə də qanunla cəzalandırlan vətəndaşlar olub.  Nüfuz adamlarını rahatladan bir məsələ var: vəzifələrindən istifadə edib vətəndaşları cəzlandıra biləcək, bunu qanuna söykəyəcək.
Ancaq nüfuz sahibinin gözdən düşməsi kimi bir də yazılmayan qanun var axı...

Milli Məclisin Sosial siyasət komitəsinin sədri, Dövlət İdarəçilik Akademiyasının  siyasi elmlər doktoru, vaxtilə rayon rəhbəri olmuş Hadı Rəcəbli Modern.az-a açıqlamasında məmur-vətəndaş münasibətlərindən danışıb, xoşagəlməz qarşıdurmalara rəy bildirib.



Hadı Rəcəbli deyib ki, Azərbaycanda məmurlar bəzi seçimlərdən keçməlidir. Onun sözlərinə görə, həmin seçimlərdən biri psixoloji durumla bağlıdır.

“Məsələn, “Asan xidmət”də məmurları işə götürəndə gülərüzlülük, hövsələlik, dözümlülük tələb olunur. Ümumiyyətlə, vəzifəli adam ədalətli, səmimi və dözümlü olmalıdır”.

Komitə sədri baş verən bir hadisəni danışaraq, vətəndaşın və vəzifə sahibinin belə qarşudurmalarda necə davranmalı olduğunu izah edib.

“Ötən dəfə adını çəkmək istəmədiyim bir gənc vətəndaş mənim yanıma şikayətə gəlib ki – həm də söyüş söyə-söyə - nənəsi şəhid ailəsidir. Lakin ona baxmırlar. İcra başçısının laqeydliyindən şikayətləndi. Mən deyilənləri dəqiqləşdirmək üçün Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə zəng etdim. O, bildirdi ki, həmin gəncdən soruşun ki, onlara 4 otaqlı ev verilib ya yox? Oğlandan soruşdum, deyir bəli verilib, sonra deyir ki, amma nə olsun ki, içi boşdur. Yenə  zəng etdim ki, evə niyə heç nə qoymayıblar? İcra başçısı dedi ki, ondan soruşun görün, evə soyducu gətirilib ya yox? Gəncdən soruşuram, deyir gətirilib, amma içi boşdur...

Axı hər şeyi qarşı tərəfdən gözləmək olmaz. Həmin gəncin özü çalışmalıdır ki, soyducunu doldursun. Qanundankənar nəyisə tələb etmək olmaz! Amma belə məqamlarda vəzifəli şəxs də dözüm göstərməlidir. Bəzən məmurlar dözümsüzlük nümayiş etdirilər”.  

 H.Rəcəbli hesab edir ki, hazırkı cəmiyyətdə məmur-vətəndaş təmasını maksimum azaltmaq lazımdır. O, qeyd edib ki, sovet dövründə tamam başqa sistem var idi, indi başqa.  

“Cənab prezidentin də istədiyi kimi elektron hökümət yaradırıq. İndi vergilər, qeydiyyat və digər bəzi sahələrdə ünsiyyət elektronlaşdırlır”.

Komitə sədri vətəndaşların hüquqlarının pozulmasına qarşıdır və hesab edir ki, hansısa məmur onlara qarşı haqsızlıq etməməlidir, məmurların vətəndaşları incitməyə haqqı yoxdur.

“ Mənim yanıma gələn bütün vətəndaşların müraciətlərinə baxıram. Çalışıram, bütün məsələləri onların xeyrinə həll edə bilim. Əgər vətəndaş haqlıdırsa, məsələ mütləq onun xeyrinə həll olunur. Amma çox vaxt vətəndaşlar qanundankənar nələrsə tələb edirlər. Bu da məmurları hövsələdən çıxara bilər. Amma məmur dözümlülük göstərməlidir və vətəndaşlarla kobud davranmalı deyil. Mən dərs  keçdiyim auditoriyada da həmişə bunu deyirəm. Hər hansı məmur vətəndaşın hüquqlarını pozursa,  o Allah tərəfindən gec-tez cəzalandırəlır. Bu bir qanunauyğunluqdur. Mən həmişə vətəndaşları müdafiə edirəm. Ədalətsizlik, haqsızlıq cəzalanır!”.
H.Rəcəbli deyir ki, dözümsüzlük məmurları həm gözdən, həm də hörmətdən salır...

Məltəm Talıbzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı