Modern.az

Şair Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib

Şair Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib

Mədəniyyət

Bu gün, 11:50

Əməkdar incəsənət xadimi, tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu ilə vida mərasimi keçirilib.

Modern.az xəbər verir ki, mərasimdə mərhumun ailə üzvləri, yaxınları, qələm dostları, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasim iştirakçıları Çingiz Əlioğlunun Azərbaycan ədəbiyyatındakı xidmətlərindən, zəngin yaradıcılığından və insani keyfiyyətlərindən danışıblar.

Qeyd edək ki, Çingiz Əlioğlu avqustun 9-da 82 yaşında vəfat edib.

O, 1944-cü il iyunun 29-da Füzuli şəhərində anadan olub. “Nikbinlik”, “Ömür ağacı”, “Günəşli dayanacaqlar”, “Görüşdən ayrılığa”, “Aynabənd”, “Ruhumun həndəsəsi” və digər kitabların müəllifidir.

Çingiz Əlioğlu 1991-ci ildə Əməkdar mədəniyyət işçisi, 2005-ci ildə isə Əməkdar incəsənət xadimi fəxri adlarına layiq görülüb.

1540561

1540560

1540559

 

Sizə yeni x var
Keçid et
SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı