Modern.az

İstanbulda azərbaycanlı qadının şübhəli ölümü – Bir nəfər axtarılır

İstanbulda azərbaycanlı qadının şübhəli ölümü – Bir nəfər axtarılır

Ölkə

Bu gün, 17:01

Türkiyənin İstanbul şəhərində 57 yaşlı Azərbaycan vətəndaşı Lətifə İbadova yaşadığı evdə ölü tapılıb.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə İstanbulun Kağıthane rayonunun Çağlayan məhəlləsində baş verib.

Məlumata görə, xaricdən daxil olan məlumat əsasında polis əməkdaşları qapısı və pəncərəsi açıq olan evə daxil olublar. Evdə hərəkətsiz vəziyyətdə olan qadın aşkarlanıb. Hadisə yerinə gələn tibb işçiləri onun öldüyünü müəyyən ediblər.

Araşdırma zamanı qadının Azərbaycan vətəndaşı Lətifə İbadova olduğu müəyyənləşib.

İlkin müayinə zamanı İbadovanın bədənində döyülmə, kəsici və ya deşici alətlə xəsarət izlərinə rast gəlinməyib.

Bununla belə, evdə masanın üzərindəki plastik qabda narkotik olduğu ehtimal edilən maddə aşkarlanıb. Maddə ekspertiza üçün götürülüb.

Polisin ərazi sakinləri ilə apardığı söhbətlər zamanı Lətifə İbadovanın Ferhat adlı şəxslə eyni evdə yaşadığı məlum olub.

Qonşuların iddiasına görə, həmin şəxs hadisə barədə məlumat verilməsindən təxminən 15 dəqiqə əvvəl evi tərk edib. Həmçinin onların bir müddətdir gecə saatlarında mübahisə etdikləri iddia olunur.

Polis Ferhat adlı şəxsin tapılması üçün axtarışlara başlayıb.

Hadisə yeri mütəxəssislərinin və prokurorun apardığı araşdırmadan sonra Lətifə İbadovanın meyiti ölümün dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün İstanbul Ədli Tibb Qurumunun morquna aparılıb.

Prokurorluq şübhəli ölüm faktı ilə bağlı araşdırma başladıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar