Bakının üç küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq tam məhdudlaşdırılacaq.
Bu barədə Modern.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, 14 İyul küçəsində (Suraxanı rayonu) – 11 avqust 2026-cı il saat 09:00-dan; Sergey Yesenin küçəsində (Xəzər rayonu) – 11 avqust 2026-cı il saat 10:00-dan; Əbdülvahab Salamzadə küçəsində (Nəsimi rayonu) – 11 avqust 2026-cı il saat 18:00-dan nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Qeyd olunub ki, məhdudiyyət təmir işləri başa çatanadək qüvvədə olacaq.