Modern.az

ABŞ, Ermənistan və Azərbaycan bəyanat yayıb

ABŞ, Ermənistan və Azərbaycan bəyanat yayıb

Ölkə

Bu gün, 22:04

ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanat yayıb.

Modern.az xəbər verir ki, birgə Bəyannamə ABŞ-ın dəstəyi ilə Ermənistan və Azərbaycan üçün sülhün möhkəmləndirilməsi, rifahın təmin edilməsi və tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret yol xəritəsi müəyyən edilib.

Cəsarətli liderlərinin bir araya gəlməsindən ötən bir il ərzində bu ölkələr davamlı uğurların təmin edilməsi üçün işlər görüblər.

Ermənistan və Azərbaycan sərhəd boyunca sabitliyi qoruyub saxlayıb və hər iki tərəf münasibətlərin normallaşdırılması, sərhədlərin delimitasiyası və davamlı sabitliyin təmin edilməsi üçün zəruri tədbirlər vasitəsilə etimadın gücləndirilməsi istiqamətində konkret addımlar atmaqdadırlar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xətaiyə görə dava edənlərin məqsədi ... - Professordan şok faktlar