Modern.az

Bəzi marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən olundu

Bəzi marşrutlar üzrə müsabiqələrin qalibləri müəyyən olundu

Ölkə

Bu gün, 18:13

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Sınıq Körpü, Bakı-Şəki, Bakı-Qusar, Bakı-Xudat, Bərdə-Göyçay, Samux-Gəncə şəhərlərarası, eləcə də Ziyadlı kəndi (Samux) – Gəncə (dəmiryol vağzalı) istiqamətində avtobus marşrutları üzrə müsabiqələrin qaliblərini müəyyən edib.

Bu barədə Modern.az-a AYNA-dan məlumat verilib.

Bildirilir ki, Bakı-Sınıq Körpü marşrutları üzrə hüquqi şəxslər "Kaspian Ekspress" və "Xan Sarayı" MMC-lər, Bakı-Şəki marşrutu üzrə hüquqi şəxs "Xan Sarayı", Bakı-Qusar marşrutu üzrə hüquqi şəxs "Aliosman Ağasoy" MMC, Bakı-Xudat marşrutu üzrə hüquqi şəxs "Uğurlu Yol" MMC, Bərdə-Göyçay marşrutu üzrə fiziki şəxs Bayramov Şəhriyar Hidayət oğlu, Samux (Füzuli küçəsi) – Gəncə (dəmiryol vağzalı) və Ziyadlı kəndi (Samux) - Gəncə (dəmiryol vağzalı) marşrutları üzrə isə hüquqi şəxs "Kamil Avtonəqliyyat" MMC qalib elan olunublar.

Müsabiqə "Avtomobil nəqliyyatı haqqında" Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiqlənmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası"na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən iddialı açıqlama - Mən heç nədən qorxmuram!