Modern.az

Naxçıvanda müasir suvarma sistemləri qurulacaq - VİDEO

Naxçıvanda müasir suvarma sistemləri qurulacaq - VİDEO

Ölkə

12 Avqust 2026, 10:30

Bu yaxınlarda - bir neçə ay bundan əvvəl qəbul edilmiş kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramında da Naxçıvanın xüsusi yeri var, payı var, lazımi vəsait nəzərdə tutulub.

Modern.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində deyib.

"O cümlədən kənd təsərrüfatının inkişafı üçün vacib olan amil – suvarma layihələri icra edilir. Bir çox artezian quyuları qazılacaq, müasir suvarma sistemləri quraşdırılacaq. Bu gün suvarılmayan torpaqlara su veriləcək. Beləliklə, muxtar respublikanın inkişafı daha sürətli və hərtərəfli olacaq", - deyə dövlətimizin başçısı vurğulayıb. 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Ukrayna Rusiyaya dəhşət yaşatdı - Ö*lənlər var