Modern.az

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Bu il doğulan uşaqlara ən çox qoyulan ADLAR

Ölkə

15 Avqust 2026, 11:00

Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası ilə bağlı ən son məlumat açıqlanıb.

Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2026-cı ilin geridə qalan dövründə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 760 uşağa verilib.

Statistikaya əsasən, oğlan adları sırasında sonrakı yerləri Raul (536), Hüseyn (465), Əli (462), Yusif (379), Murad (314), Ömər (313) tutur.

Bu il qız uşaqlarına ən çox Melisa adı verilib – 512.

Qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: İnci (484), Məryəm (473), Aylin (472), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384).
 
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...