Modern.az

Azərbaycanda dövlət qurumunun 130 əməkdaşı ixtisar ediləcək

Azərbaycanda dövlət qurumunun 130 əməkdaşı ixtisar ediləcək

Ölkə

Bu gün, 11:55

"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin yeni strukturu müəyyənləşib - SİYAHI

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarı ilə İçərişəhər Tarixi Memarlıq Qoruğunun yeni strukturu təsdiqlənib və işçi sayı azaldılıb.

Qərara əsasən, əvvəlki strukturda İdarənin Aparatından əlavə 8 tabeli qurum fəaliyyət göstərirdisə, yeni cəmi 2 tabeli qurum saxlanılıb, bunlar - Muzey və Turizm Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzidir.

Bundan əvvəl isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparatından başqa, “İçərişəhər” Muzey Mərkəzi, Mənzil-kommunal və Təmir Xidməti, Elmi-istehsalat bərpa emalatxanası, Elmi-mədəni Mərkəz, Marionet Teatrı, Tahir Salahovun ev-muzeyi, Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi və Ənənəvi İncəsənət Mərkəzi vardı.

Bundan başqa, «İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin strukturunun təsdiq edilməsi və işçilərinin say həddinin müəyyən edilməsi barədə» qərara edilən dəyişikliyə əsasən, İdarənin işçilərinin say həddi 430 nəfərdən 300 nəfərə endirilib. (FED.az)

Whatsapp
Bizə yazın!
Keçid et
İrandan Ermənistana ŞOK HƏDƏ: Bombalayacağıq!