Modern.az

Bu torpaqlar intibah dövrünü yaşayır - Hikmət Hacıyev

Bu torpaqlar intibah dövrünü yaşayır - Hikmət Hacıyev

Ölkə

11 Sentyabr 2026, 09:32

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri ilə birlikdə Qarabağa 22-ci səfərini etdiklərini bildirib.

Modern.az xəbər verir ki, o bu barədə “X” hesabında paylaşım edib.

“Son altı il ərzində Qarabağ və Şərqi Zəngəzurda gözlərimiz önündə baş verən diqqətəlayiq və nümunəvi transformasiyanın şahidi olmuşuq. Bu gün bu torpaqlar əsl intibah dövrünü yaşayır”, – paylaşımda qeyd olunub.

Hikmət Hacıyev bildirib ki, hər səfər zamanı yenidənqurma və inkişaf sahəsində yeni nailiyyətlər, eləcə də bu ərazilərə həyatın tədricən qayıtması müşahidə olunur.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rusiyadan Türkiyəyə sərt xəbərdarlıq - Ağıllı olun!