Quba və Qusar rayonlarının dağlıq ərazilərinə qarın yağması ötən gecə də davam edib. Ən çox qar Qubanın Xınalıq və Qırız kəndlərində müşahidə olunub.
Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xınalıq kəndinin bəzi ərazilərində qar örtüyünün hündürlüyü 20 santimetrədək olub.
Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qarın yağması Qusarın Ləzə, Qubanın Xınalıq və Qırız kəndlərində daha çox müşahidə olunub.
Mərkəzin ərazilərdə yerləşən stansiyalarından Xınalıqda 5, Qırızda 10, Ləzədə isə 1 santimetr qar örtüyü qeydə alınıb.
Ötən gecə və səhər saatlarında ən aşağı temperatur Qubanın Qırız kəndində qeydə alınıb. Burada temperatur mənfi 5 dərəcəyə, Xınalıqda isə mənfi 4 dərəcəyə enib.
Bu gün səhər saatlarından etibarən hava nisbətən mülayimləşib və gün çıxıb.




