Fazil İbrahim oğlu Məmmədov Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsinə təyin edilib.
Modern.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev oktyabrın 6-da sərəncam imzalayıb.
Sərəncama əsasən, mədəniyyət naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Fazil Məmmədova həvalə edilib.
Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2023-cü il 14 avqust tarixli 354-06/S nömrəli sərəncamının ikinci hissəsi ləğv olunub.