Modern.az

Dövlət Statistika Komitəsinə sədr müavini təyin edilib

Dövlət Statistika Komitəsinə sədr müavini təyin edilib

Ölkə

8 Oktyabr 2026, 15:22

Dövlət Statistika Komitəsinə (DSK) yeni sədr müavini təyin edilib.

Modern.az-a bu barədə DSK-dan bildirilib. Məlumata görə, DSK-nın aparat rəhbəri Səbuhi Fəxrəddin oğlu Əliyev qurumun sədr müavini təyin edilib.

Qeyd edək ki, Səbuhi Əliyev 14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsi sədrinin müşaviri vəzifəsində çalışıb. Avqustun 24-də DSK-nın aparat rəhbəri təyin edilmişdi.

Paralel olaraq Yusif Yusifov DSK-nın sədr müavini vəzifəsindən azad edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Putinin ordusu NATO ərazisini vurdu - Avropaya şok zərbə