Modern.az

Bakıya təyyarə reysləri PUA hücumuna görə ləğv olundu

Bakıya təyyarə reysləri PUA hücumuna görə ləğv olundu

Ölkə

Bu gün, 10:48

Bu gün Rusiyanın əksər hava limanlarında PUA hücumları ilə əlaqədar bəzi reyslər gecikib və ya ləğv olunub.

Modern.az-ın xəbərinə görə, AZAL-ın Bakıya gəlməli olan iki təyyarəsi də “Vnukovo” hava limanından uçuşa başlaya bilməyib. Həmin reyslər ləğv edilib. Məlumata əsasən, reyslərdən biri gecə saat 1-də baş tutmalı imiş.
Qeyd olunur ki, “Vnukovo” aeroportunda bundan əlavə, Oş, Səmərqənd, İrəvan və digər şəhərlərə də uçuşlar baş tutmayıb.

Ən çox problem olanlar isə “Pobeda”, “Aeroflot”, “Rossiya”, “Nesma Airlines” və “Red Sea Airlines” aviaşirkətlərinin reysləridir.

İlyas Turan

Whatsapp
Bizə yazın!
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər