Modern.az

Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - FOTO

Prezident Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim etdi - FOTO

Ölkə

Bu gün, 12:46

Prezident İlham Əliyev Fərhad Qurban oğlu Xəlilovun “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, Fərhad Xəlilov Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə təltif olunub.

Qeyd edək ki, Fərhad Qurban oğlu Xəlilov Azərbaycanın Xalq rəssamıdır. O, 1946-cı il oktyabrın 26-da Bakıda anadan olub. Bir neçə gün sonra sənətkarın 80 yaşı tamam olacaq.

Fərhad Xəlilov 1961–1966-cı illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Daha sonra Moskvada Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində oxuyub, 1975-ci ildə Moskva Poliqrafiya İnstitutunu bitirib.

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlayıb. 1969-cu ildə SSRİ Rəssamlar İttifaqına üzv qəbul olunub, 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib.

Rəssamın yaradıcılığında Abşeron təbiəti, dəniz mənzərələri və qədim yaşayış məntəqələri xüsusi yer tutur. Nardaran, Buzovna, Zağulba, Maştağa və Mərdəkanın mənzərələri onun tablolarında əksini tapıb. Əsərləri müxtəlif ölkələrdə keçirilən sərgilərdə nümayiş etdirilib.

Fərhad Xəlilov 2002-ci ildə “Xalq rəssamı” fəxri adına layiq görülüb. Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə “Şöhrət”, 2016-cı ildə isə “Şərəf” ordenləri ilə təltif olunub.

***

Azərbaycan  Prezidenti İlham Əliyev bu gün Xalq rəssamı Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib.
 









 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən Azərbaycanla bağlı ÇAĞIRIŞ: Bunu etmək ŞƏRƏFSİZLİKDİR!