Amerikalı alimlər artıq çəkidən xilas olmaq istəyən şəxslərə qidalanmadan əvvəl 2 stəkan su içməyi məsləhət görürlər.
Xarici mətbuatda dərc olunan məlumatda bildirilib ki, verir ki, qidalanmadan əvvəl 2 stəkan su içmək iştahı öldürür, nəticədə bu üsul arıqlamağa kömək edir. Alimlərin eksperimentində yaşı 55-75 arasında olan 48 nəfər 2 qrupa bölünüb. Onların hər birinə azkalorili qidalar verilib. Lakin qruplardan birinin üzvləri qidalanmadan əvvəl həm də su içiblər. 3 aydan sonra su içən qrup üzvlərinin hərəsinin 7, digər qrupdakı şəxslərin isə orta hesabla 5 kiloqram arıqladığı məlum olub.