Modern.az

Ziya Məmmədov Nazirlər Kabinetinin iclasına çağırılmadı - FOTOLAR

Ziya Məmmədov Nazirlər Kabinetinin iclasına çağırılmadı - FOTOLAR

Ölkə

12 Oktyabr 2015, 23:21

Oktyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib.

Modern.az saytı xəbər verir ki, bütün nazirlər və komitə sədrlərinin iştirak etdiyi iclasda diqqət çəkən məqam nəqliyyat naziri Ziya Məmmədovun gözə dəyməməsi olub.

Qeyri-rəsmi mənbələr bunu Ziya Məmmədovun son günlər “vurulması” ilə izah edirlər.

Nəqliyyat Nazirliyi isə bundan öncəki açıqlamasında Ziya Məmmədovun məzuniyyətə çıxdığını və ölkə xaricində olduğunu bildirmişdi.




Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı