Modern.az

Milli Məclisin komitə iclası Şuşada KEÇİRİLƏCƏK

Milli Məclisin komitə iclası Şuşada KEÇİRİLƏCƏK

Parlament

7 Aprel 2022, 19:15

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası Şuşa şəhərində keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:

 

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti, Gürcüstan Respublikası Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi.

 

2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Valyuta tənzimi haqqında Azərbaycan Respubliukasının qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun layihəsi.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranda yenə müharibə başladı - Gəmilər bombardman edilir - Xəbəriniz Var? - Media Turk TV