Modern.az

Milli Məclis şəhidlərimizin xatirəsini yad etdi

Milli Məclis şəhidlərimizin xatirəsini yad etdi

Parlament

27 Sentyabr 2022, 15:28

Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Modern.az xəbər verir ki, saat 12.00-da Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Hüseynli, sədr müavinləri Adil Əliyev, Fəzail İbrahimli, deputatlar, parlament Aparatının və İşlər İdarəsinin kollektivləri Vətən müharibəsində böyük rəşadət göstərərək şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...