Modern.az

Azərbaycanda həmin cinayətlərin 97%-i açılıb

Azərbaycanda həmin cinayətlərin 97%-i açılıb

Parlament

Bu gün, 09:39

İnsan alverinə görə 14 nəfər həbs edilib, əksəriyyəti qadındır.

Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.

Belə ki, hesabat dövründə insan alveri ilə bağlı 8 cinayət işi üzrə 10 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub, 12 nəfər isə məhkəmə məsuliyyətinə verilib.

Məhkəmələrin qərarı ilə 14 insan alverçisi azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Onlardan 10-u qadın, 4-ü kişi olub. Həmçinin 3 nəfərə şərti cəza verildiyi qeyd olunub.

Qeyd olunub ki, Azərbaycanda insan alveri ilə bağlı 198 cinayət aşkarlanıb.

Belə ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 198 insan alveri cinayəti müəyyən edilib. Onlardan 57-nin informasiya texnologiyalarının tətbiqi ilə törədildiyi bildirilib.

Hesabatda qeyd olunub ki, müəyyən edilən cinayətlərin 152-si insan alveri, 45-i isə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı olub. Sənədə əsasən, insan alveri cinayətlərinin 97 faizi açılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV