Azərbaycanda axtarılan insan alverçilərinin Türkiyə və BƏƏ-də gizləndiyi ehtimal olunur.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə edilən İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında qeyd olunub.
Belə ki, hazırda insan alveri cinayətində təqsirləndirilən 10 nəfərin İnterpol kanalları ilə beynəlxalq axtarışı davam etdirilir.
Onlardan 7-nin Türkiyədə, 1-nin Pakistanda, 1-nin Rusiyada, 1-nin isə Birləşmiş Ərəb Əmirliklərində gizləndiyinin ehtimal olunduğu bildirilib.
Hesabatda həmçinin insan alveri, uşaq pornoqrafiyası, fahişəliyə cəlbetmə və əxlaqsızlıq yuvaları saxlama ilə bağlı yerli axtarışda olan 31 nəfərdən 15-nin saxlanıldığı qeyd olunub.