Modern.az

Komitə sədri deputatla Özbəkistana gedir

Komitə sədri deputatla Özbəkistana gedir

Parlament

12 Avqust 2026, 14:34

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov və parlamentin deputatı Vüqar Rəhimzadə avqustun 13-də Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərinə səfər edəcəklər.

Modern.az-ın məlumatına görə, səfər zamanı deputatlar “Müstəqil Özbəkistan – inkişaf yolunun 35 ili: islahatlar, nəticələr və perspektivlər” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktiki konfransda iştirak edəcəklər.

Tədbir çərçivəsində onlar həmçinin İslam Sivilizasiyası Mərkəzində Özbəkistanın tarixi, mədəni və elmi irsinin qorunması, öyrənilməsi və təbliğinə həsr olunmuş təqdimatla tanış olacaq, Səmərqəndin tarixi və mədəni abidələrini ziyarət edəcəklər.

Qeyd edək ki, səfər avqustun 16-da başa çatacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?