Modern.az

Deputat Antalyaya gedir

Deputat Antalyaya gedir

Parlament

Bu gün, 11:35

Milli Məclisin deputatı Vüqar Bayramov 77-ci Beynəlxalq Astronavtika Konqresində iştirak edəcək.

Modern.az xəbər verir ki, o bu məqsədlə oktyabrın 3-də Türkiyənin Antalya şəhərinə səfər edəcək.

Deputat səfər çərçivəsində deputat kosmik təhlükəsizlik və bu sahədə tədqiqatlarla bağlı müzakirələrdə iştirak edəcək.

Tədbirdə deputatın “Kosmos texnologiyası Azərbaycan cəmiyyəti üçün hansı dəyərli həll yolları təklif edir?” mövzusunda çıxışı nəzərdə tutulub.

Səfər oktyabrın 9-da başa çatacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan Bakıya hörmətsizlik - Bunu da etdilər