Modern.az

Obama inqilablar barədə çıxışa hazırlaşır

Obama inqilablar barədə çıxışa hazırlaşır

Təhsil

14 Aprel 2011, 10:56

Gələn həftə ABŞ prezidenti Yaxın Şərqdə və Afrikada xalq üsyanlarının səbəbləri barədə danışacaq

ABŞ prezidenti Barak Obama ölkəsinin Yaxın Şərq və Şimali Afrika siyasəti ilə bağlı çıxışı etməyə hazırlaşır. Bu barədə dövlət katibi Hillari Klinton Amerika-İslam Forumunda çıxışı zamanı məlumat verib. “Prezident yaxın həftə ərzində bu bölgə üzrə dövlətin apardığı siyasəti barədə əhatəli danışacaq”. 

Klinton ABŞ-ın xarici siyasət prioritetlərinin dəyişmədiyini qeyd edib. Onun sözlərinə görə bura terrorla mübarizə, İran məsələsinin həlli, demokratiya yolunda irəliləmək üçün Yaxın Şərq və Afrika ölkələrinə kömək və İsrail Fələstin probleminin həlli daxildir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı