Modern.az

Əhəd Abıyev Ramil Usubovu təbrik edib (FOTOLAR)

Əhəd Abıyev Ramil Usubovu təbrik edib (FOTOLAR)

Təhsil

30 İyun 2011, 16:01

Bu gün Daşkəsən rayonunda Azərbaycan polisinin peşə bayramı günü qeyd edilib. Ümumrayon tədbiri daşkəsənlilərin yenicə istifadəsinə verilmiş Bayraq Meydanında keçirilib.
Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev daxili işlər naziri Ramil Usubovu və  bütün polis əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib,

Bu barədə Modern.az-a Daşkəsən Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumata görə, icra başçısı polis peşəsinin məsuliyyətindən danışıb. Ə.Abıyev Daşkəsən rayon polis işçilərinin də asayişin və təhlükəsizliyin qorunmasında öz töhfəsi və əməyi olduğunu vurğulayıb.

“Daşkəsən rayonunu xoş gələcək gözləyir. 2011-2015-ci illər üzrə Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanmış proqramla birgə Azərbaycan Respublikasının Baş naziri cənab  Artur Rasizadənin qəbulunda oldum. Cənab Baş nazirə rayonda olan mövcud vəziyyət barədə hərtərəfli məlumat verdim. İşgüzar söhbətdən sonra çox hörmətli Baş nazir mənə bildirdi ki, 2011-2015-ci illərdə rayonun sosial-iqtisadi inkişafı ilə bağlı hazırlanmış proqramın həyata keçirilməsi üçün İqtisadi-İnkişaf Nazirliyinə və Maliyyə Nazirliyinə göstəriş veriləcəkdir. Daşkəsən rayonunda olan mövcud problemlərlə bağlı məsələlər planlı surətdə həllini tapacaqdır. Həmin proqramın yerinə yetirilməsi üçün uzunmüddətli kreditlər ayrılacaqdır. Rayonda heyvandarlıq və əkinçiliyin inkişafı ilə bağlı geniş miqyaslı layihələr həyata keçiriləcəkdir. İyul ayının 22-də İqtisadi-İnkişaf Nazirliyinin Daşkəsən rayonunda qeyd olunan məsələlərlə bağlı tədbiri təşkil olunacaqdır”-deyə icra başçısı bildirib.

Daşkəsən rayon Polis şöbəsinin rəisi polkovnik Arif Babayev əməkdaşları adından bildirib ki,  Vətənə, dövlətə daim sədaqətli olacaq, Ali Baş Komandanın hər əmr və göstərişlərini canla-başla yerinə yetirəcəklər.

Tədbirdə polis veteranları İlqar Əhmədov, Müzəffər Əsgərov və Müharibə, Əmək, Silahlı Qüvvələr Veteranlarının rayon Şurasının sədri Elman Məmmədov çıxış ediblər.

2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olub. Eyni zamanda 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülüb.





Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı