Modern.az

MTN 75 narkotik qaçaqmalçısını ifşa edib

MTN 75 narkotik qaçaqmalçısını ifşa edib

Təhsil

30 İyun 2011, 17:49

Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 2011-ci ilin 6 ayı ərzində 565 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 20 cinayət işi başlanılıb, 75 nəfər məsuliyyətə cəlb olunub.

MTN-nin Ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, təkcə son bir ay ərzində “İran - Azərbaycan -Rusiya”, “İran - Azərbaycan – Rusiya - Ukrayna” və “İran - Azərbaycan - Türkiyə - Ukrayna” marşrutları üzrə qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan 20 nəfər ifşa olunub, onlardan ümumilikdə 183 kiloqramdan artıq narkotik vasitə götürülüb.

Bütün faktlar üzrə cinayət işləri başlanılıb, bu hüquqazidd əməllərin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı