Modern.az

Ayaz Mütəllibov Bakıdadır

Ayaz Mütəllibov Bakıdadır

Təhsil

8 Avqust 2011, 19:51

Eks-prezident: "Bakıda, evimdəyəm"

ASDP həmsədri Araz Əlizadə: "Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk"

Modern.az
saytının məlumatına görə, eks-prezident Ayaz Mütəllibov oğlunun dəfnində iştirak etmək üçün həyat yoldaşı ilə artıq Bakıya gəlib. Onun bir qədər öncə Moskva -Bakı reysi ilə gəldiyi bildirilir.

Eks-prezidenti gətirən təyyarə bu gün saat 19.45 radələrində Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib. Hava limanında jurnalistlərə heç bir açıqlama verməyən sabiq prezident aeroportdan evinə gedib. 

Modern.az-ın əməkdaşı eks-prezidentlə əlaqə saxlaya bilib, A.Mütəlibov qısaca olaraq "bəli, artıq Bakıda, evimdəyəm" deyib.

ASDP həmsədri Araz Əlizadə isə Modern.az-a açıqlamasında deyib ki, Ayaz Mütəllibov sağ-salamat gəlib vətənə çatıb.
"Biz eks-prezidentin Azərbaycana dönüşünə göstərdiyi köməyə görə, Azərbaycan prezidenti İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk"-deyə o, vurğulayıb.

A.Əlizadə eks-prezidentin yas mərasimindən sonra Azərbaycanda qalıb-qalmayacağı barədə hələlik heç nə deyə bilməyəcəyini söyləyib.

Ayaz Mütəllibovun oğlu Azad Mütəllibov 49 yaşında vəfat edib. ASDP-nin həmsədri Araz Əlizadənin sözlərinə görə, bu gün dünyasını dəyişən mərhum Azad Mütəllibov xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Mərhumla vida mərasimi sabah Təzə Pir məscidində olacaq.

Modern.az 

Sizə yeni x var
Keçid et
Zelenski özündən çıxdı - Putinə görə Trampa ağır sözlər