Modern.az

Baş nazirin oğlu iş tapa bilmir

Baş nazirin oğlu iş tapa bilmir

Təhsil

16 Yanvar 2010, 16:50

Litvanın baş naziri Ardryus Kubilyusun 25 yaşlı oğlu işsizdir. Modern.az-ın xarici mətbuata istinadən xəbər verir ki, hökumət başçısının kiçik oğlu Andryus artıq 6 aydır ki, Əmək birjasına gedir. Litvanın “Delfi” agentliyinin məlumatına görə, 2009-cu ilin mayından başlayaraq baş nazirin oğlu özünə iş tapa bilmir. Bir neçə aydır ki, Andryus işsizliyə görə müavinət alıb, daha sonra o təklif olunmuş kulinariya kursunu keçib və təqaüd alıb. Litva baş nazirinin oğlu hesab edir ki, Əmək birjasının işi kifayət qədər qeyri-effektivdir. Özünə müvafiq iş tapa bilməyən Andryus kömək üçün atasına müraciət etmək istəmir, özü iş tapacağını deyir. Litva baş nazirinin böyuk oğlu isə “Media Contacts” şirkətinə rəhbərlik edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı