Modern.az

Portuqaliya Çexiyanı məğlub edərək 1/2 finala çıxdı

Portuqaliya  Çexiyanı məğlub edərək  1/2 finala çıxdı

Təhsil

22 İyun 2012, 03:59

"Avro-2012"nin 1/4 final mərhələsində ilk oyun Portuqaliya ilə Çexiya milliləri arasında keçirilib. Matçın favoriti olan portuqaliyalılar ilk yarıda hesabı açmağa yaxın olsalar da buna nail ola bilmədilər. Qarşılaşmanın ikinci yarısında Portuqaliya güclü rəqibini Kriştiano Ronaldonun 79-cu dəqiqədə vurduğu qolla məğlub edərək yarı finala yüksəldi. Çexlər isə mübarizəni dayandırmalı oldular.

Qeyd edək ki, bu gün "Avro-2012"nin 1/4 final mərhələsində daha bir oyun Almaniya ilə Yunanıstan yığmaları arasında keçiriləcək.  

Modern.az 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...